Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda “Gənclər təşkilatlarının IV Respublika Sərgisi” keçiriləcək
12.05.11 19:50

Gənclər və İdman Nazirliyi iyun ayında Bakıda “Gənclər təşkilatlarının IV Respublika Sərgisi”ni keçirəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Burada məqsəd gənclər təşkilatlarının fəaliyyətinin təbliğ olunması və gənclərin ictimai fəaliyyətə cəlb olunmalarını stimullaşdırmaqdır. Sərgidə hər bir təşkilat üçün 8 kv.m sahə ayrılacaq və ayrılmış sahədə stendlər quraşdırılacaq. Sərgidə iştirak edəcək gənclər təşkilatları onlar üçün ayrılmış sahədə fəaliyyətləri ilə bağlı filmlər, bukletlər, nəşr etdirdikləri kitablar, çap məhsulları, uğurlu layihələrin təqdimatlarını edə biləcək və ictimai fəaliyyətlə məşğul olmaq istəyən gənclərlə birbaşa ünsiyyətdə olacaqlar. Stendlərin icarəsi və quraşdırılması Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçiriləcək. Sərgidə iştirak etmək istəyən gənclər təşkilatları qeydiyyat formasını doldurub mayın 31-ə qədər nazirliyə müraciət etməlidirlər. Nizamnamə məqsədləri gəncləri əhatə etməyən və dövlət qeydiyyatı olmayan təşkilatlar sərgidə iştirak edə bilməyəcəklər.
URL / WWW
http://kelam.az/article/a-3551.html