Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Gənc trubaçıların V Beynəlxalq müsabiqəsindən ölkəmizin təmsilçiləri uğurla dönüblər
01.12.09 23:45

Bolqarıstanın Stara Zaqora şəhərində keçirilmiş gənc trubaçıların V Beynəlxalq müsabiqəsindən ölkəmizin təmsilçiləri uğurla dönüblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Təmsilçilərimiz Bakı şəhər L. və M.Rostropoviçlər adına 21 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Ruhulla Əzizov, məktəbin müəllimi, konsertmeyster Afaq Aşumova və truba ixtisası üzrə şagirdləri Prezident təqaüdçüsü Tural Quliyev və İsrafil Rəsulov olublar. Müsabiqədə İsrafil Rəsulov festivalın QRAN - PRİ mükafatına, Tural Quliyev isə diplomuna layiq görülüb.
URL / WWW
http://kelam.az/article/a-355.html