Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Seçici hüquqlarının müdafiəsinə həsr olunan seminar keçirilib
13.05.11 02:50

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Şamaxı şəhərində seçici hüquqlarının müdafiəsinə həsr olunan seminar keçirib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya AVCİYA-dan veriblər. Seminar Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilib. AVCİYA-nın “Seçici hüquqlarının müdafiəsi, seçki şikayətlərinə baxılmasının təkmilləşdirilməsi üçün tövsiyyələrin hazırlanması və regionlarda maarifçilik işinin təşkili” adlı layihəsi çərçivəsində baş tutan seminarda AR Seçki Məcələsinə dəyişikliklərlə bağlı assosiasianın tövsiyyələri iştirakçıların diqqətinə çatdırılıb. Bundan başqa, tədbirdə seçici hüquqlarının müdafiəsi, seçki şikayətlərinə baxılması sahəsində mövcud problemlər müzakirə olunub. Seminarda QHT nümayəndələri, müəllimlər, KİV və gənclər təşkilatlarının nümayəndələri iştirak edib. Tədbirin sonunda AVCİYA Seçki Qərargahını rəhbəri Məhərrəm Zülfüqarlı, seçki qərargahının üzvü Osman Ağayev, tarix üzrə fəlsəfə doktoru Dəyanət Musayev və Ankara Universitetin magistratura şöbəsinin məzunu Anar Şirinov tədbir iştirakçılarının suallarına cavab veriblər.
URL / WWW
http://kelam.az/article/a-3548.html