Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Fikrət Sadıxov: “İran cəhənnəmə tək getmək istəmir”
13.05.11 02:50

“Bütün təkidlərə və tələblərə baxmayaraq, İranın Ermənistanla əməkdaşlığı artan templə davam edir. Çünki Tehranın İrəvanla isti münasibətlərinin səbəbi Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasıdır”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində politoloq Fikrət Sadıxov bildirib. Politoloq deyir ki, bu gün apardığı siyasətlə İran özünə borc bilir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana yardımlar etsin və bu yardımları daim artırsın. “Ötən ilə qədər İranın Ermənistana etdiyi yardımlar 50 milyon ABŞ dolları civarında ölçülürdü. Bu ilin ilk rübündə aparılan danışıqları nəzərə alsaq, bu rəqəm 250 milyon ABŞ dollarına çatıb. Çox qəribədir ki, bu, İranda sosial-iqtisadi vəziyyətin ağır olduğu dövrdə baş verir” - deyə F.Sadıxov vurğulayıb. Ekspert qeyd edir ki, sanksiyalarla üzləşən İranın qonşuluğunda işğalçı dövləti dəstəkləməsi Tehranın regionda gələcəkdə çox da xoşa gəlməyən niyyətindən xəbər verir. “İran son ayaqda cəhənnəmə tək getmək istəmir” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-3547.html