Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ATƏT PA sədrinin Azərbaycana səfəri başlayıb
13.05.11 02:49

ATƏT Parlament Assambleyasının (PA) sədri Petros Eftimiun bu gün Azərbaycana səfərə gəlib. “KƏLAMİNFO” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar. ATƏT PA-nın sədri Petros Eftimiun jurnalistlərə bildirib ki, səfərinin əsas məqsədi Azərbaycanla təhlükəsizlik, iqtisadi, ekoloji, insan hüquqları və demokratiya sahəsində, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparmaqdır. Petros Eftimiun Bakıya səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək, ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparacaq.
URL / WWW
http://kelam.az/article/a-3546.html