Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » PKK Ərdoğana hücumu öz üzərinə götürüb
12.05.11 02:47

PKK kürd terror təşkilatı baş nazir Rəcəb Tayyib Ərdoğanın konvoyuna edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Təşkilatın yaydığı bəyanatda bildirilib ki, hücum yalnız polisə qarşı yönəlib. «Bu, mülki şəxslərə və yaxud baş nazirə qarşı hücum deyildi» - deyə terrorçuların bəyanatında vurğulanıb. «KƏLAMİNFO» «Firat» agentliyinə istinadən xəbər verir ki, terrorçular hakimiyyəti konstruktiv danışıqlara getməyəcəyi təqdirdə gələn ay, daha dəqiq desək, seçkilərdən sonra «böyük müharibə» ilə hədələyiblər. Öz növbəsində PKK-nın lideri Abdulla Öcalan bildirib ki, rəsmi Ankara altı həftə ərzində kürdlərlə danışıqlara getməsə, «bütün cəhənnəm azadlığa çıxacaq». «15 iyun son müddətdir. Ya həmin tarixdən sonra danışıqlarla bağlı irəliləyiş əldə olunacaq, ya da böyük müharibə başlayacaq» - deyə PKK lideri vəkilləri vasitəsilə bəyan edib.
URL / WWW
http://kelam.az/article/a-3544.html