Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Elmir Vəlizadə Seulda sammitə qatılıb
11.05.11 20:47

Bu gün Cənubi Koreyanın paytaxtı Seul şəhərində 7-ci Ümumdünya informasiya və kommunikasiya sammiti işə başlayıb. “Ağıllı cəmiyyət və mobil inqilab” şüarı altında keçirilən builki sammitdə Azərbaycanı rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə təmsil edir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən veriblər. Nazir və nazir müavinləri səviyyəsində təşkil olunan sammit iştirakçılara telekommunikasiya və yeni texnologiyaların gələcəyinə dair müxtəlif fikir və strategiya ətrafında müzakirələr aparmaq imkanı verir. Tədbirə toplaşan dünya ölkələrinin nümayəndələri bu imkandan istifadə edərək öz təcrübələri və fikirləri ilə bölüşəcək, eləcə də bu gün sürətlə təkamül edən rəqəmli mühitdə yeni imkanların birgə açılması yollarını müzakirə edəcəklər. Elmir Vəlizadə tədbirdə Azərbaycanda informasiya texnologiyalarının inkişafı haqqında təqdimatla çıxış edəcək. Qeyd edək ki, sammitə gələn qonaqlar, həmçinin Cənubi Koreyanın informasiya texnologiyaları sahəsinin ən iri sərgisi olan World IT Show 2011-in ekspozisiyası ilə tanış olacaqlar. Builki sərginin mövzuları simsiz rabitə, genişzolaqlı şəbəkələr, şəbəkə texnologiyaları, lokal və korporativ şəbəkələr, LAN/WAN, simsiz LAN-texnologiyalarıdır.
URL / WWW
http://kelam.az/article/a-3543.html