Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Turizm müəssisələrinin vasitəsilə ölkəmizə gələn əcnəbi turistlərin sayı 1,5 faiz artıb
11.05.11 20:40

Ötən il fəaliyyət göstərmiş turizm müəssisələrinin sayı 2009-cu illə müqayisədə 2 vahid artaraq 126-ya çatıb, onların gəlirləri 1,2 milyon manat, yaxud 6,9 faiz artaraq 19,1 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsindən “KƏLAMİNFO”ya bildiriblər ki, bu dövrdə əhaliyə satılmış turizm yollayış blanklarının dəyəri 25,8 milyon manat olub. Ölkədən kənarda səyahət etmək üçün Azərbaycan vətəndaşlarına satılmış yollayış blanklarının dəyəri 19,8 milyon manat, Azərbaycan ərazisində səyahət etmək üçün xarici ölkə vətəndaşlarına satılmış yollayış blanklarının dəyəri 4,3 milyon manat, ölkə ərazisində səyahət etmək üçün Azərbaycan vətəndaşlarına satılmış yollayış blanklarının dəyəri isə 1,7 milyon manat təşkil edib. Xidmət göstərilmiş turistlərin sayı əvvəlki illə müqayisədə 10,2 min nəfər artaraq 69,9 min nəfər, tur-günlərin sayı 75,1 min tur-gün artaraq 458,6 min tur-gün olub. Turizm müəssisələri vasitəsilə ölkəmizə gələn əcnəbi turistlərin sayı 1,5 faiz artaraq 12,1 min nəfər olub. Xarici ölkələrə göndərilən Azərbaycan vətəndaşlarının sayı 27,6 faiz artaraq 44,7 min nəfər, ölkə daxilində səyahət etmək üçün göndərilmiş Azərbaycan vətəndaşlarının sayı isə 3 faiz artaraq 13,1 min nəfər olub. Bu müəssisələrdə çalışan işçilərin sayı əvvəlki illə müqayisədə 1,8 faiz artaraq 1418-ə çatıb. İşçilərin orta aylıq əmək haqqının məbləği 24 manat artaraq 326 manat təşkil edib.
URL / WWW
http://kelam.az/article/a-3542.html