Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Dunya Miyatoviç: “Diffamasiyanın dekriminallaşdırılması Azərbaycan cəmiyyətinin maraqlarına uyğun həllini tapacaq”
11.05.11 20:40

“Diffamasiya və diffamasiyanın dekriminallaşdırılması istiqamətində bizim əməkdaşlıq və bu kimi məsələlərin düzəldilməsi, jurnalistlərə ifadə azadlığının təmin edilməsi təbii ki, Azərbaycan cəmiyyətinin maraqlarına uyğun öz həllini tapacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç diffamasiyanın dekriminallaşdırılması mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib. Onun dediklərinə görə, senzura məsələsi təkcə Azərbaycanda yox, keçid dövrünü yaşayan, eyni zamanda, ən demokratik ölkələrdə belə çətinliklər törədir. “Azərbaycan hakimiyyətinin diffamasiyanı dekriminallaşdırmaq və artıq bu vacib addımı atmış ATƏT-ə üzv dövlətlərin sırasına qoşulmaq təşəbbüsünü yüksək qiymətləndirirəm” - deyə o söyləyib. D.Miyatoviçin sözlərinə əsasən, jurnalist öz məsuliyyətini dərk etməlidir, ancaq yazdığı yazıya görə cinayət məsuliyyətinə cəlb edilməməlidir. ATƏT-in Bakı ofisinin rəhbəri səfir Əli Bilgə Cankorel diffamasiyanın dekriminallaşdırılmasına nail olmaq üçün Mətbuat Şurasının müvafiq qanunvericilik təşəbbüsünə dəstək verməsindən məmnun olduqlarını qeyd edib. “İfadə və media azadlığı ATƏT-in təməl prinsipinin özəyini təşkil edir. Mətbuat Şurası ilə qəbul ediləcək qanunu müzakirə etmişik. Qanun beynəlxalq standartlara uyğundur” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-3538.html