Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Həsənov: “Media azadlığının pozulması fikrinin səslənməsi fiksiyadır”
12.05.11 01:40

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov beynəlxalq təşkilatların Azərbaycanda söz azadlığı ilə bağlı açıqlamalarına münasibət bildirib. “KƏLAMİNFO” xəbər verir ki, Ə.Həsənov beynəlxalq təşkilatların Azərbaycanla bağlı açıqlamalarından təəccübləndiyini söyləyib. “Bəzi beynəlxalq təşkilatların Azərbaycanda söz azadlığı ilə bağlı açıqlamalarına sadəcə təəccüblənirəm. Ona görə yox ki, onlar Azərbaycanla bağlı belə subyektiv mülahizələrdən çıxış edərək açıqlamalar verirlər. Bu təşkilatlar getdikcə öz müstəqilliklərini itirərək ayrı-ayrı mərkəzlərin sifarişlərini yerinə yetirməyə başlayıblar. Azərbaycan kimi ölkədə medianın təsis olunması, onların fəaliyyətlərinin davam etdirilməsi üçün heç bir yasaqlayıcı qanun olmadığı təqdirdə media azadlığının pozulması fikrinin səslənməsi sadəcə olaraq fiksiyadır” - deyə Ə.Həsənov vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3537.html