Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Diffamasiyanın dekriminallaşdırılması mövzusunda konfrans keçirilib
12.05.11 02:40

Bu gün ATƏT-in Bakı ofisi və Mətbuat Şurası qanunvericilik islahatları vasitəsilə diffamasiyanın dekriminallaşdırılması mövzusunda konfrans təşkil olunub. Tədbirdə ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel və ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Azərbaycanın diffamasiyanın dekriminallaşdırmaq təşəbbüsünü yüksək dəyərləndirib. D.Miyatoviç bu qanunun parlament tərəfindən qəbulunun zəruriliyini açıqlayıb. Onun sözlərinə görə, dünya ölkələrində diffamasiyanın dekriminalizasiyası pozitiv nəticələr verir. O, qanunun qəbulunu həm də media təmsilçilərinin peşəkarlığının artmasına kömək edəcəyini əlavə edib. “Jurnalist yazığı yazılara görə cinayət məsuliyyətinə cəlb edilməməlidir. Jurnalistin öz peşə fəaliyyətini yerinə yetirməsi üçün imkanlar yaradılmalıdır. Son vaxtlar Azərbaycanda diffamasiya ilə bağlı jurnalist həbs olunmayıb. Azərbaycanda bir sıra qəzetlərə qarşı mülki iddialar qaldırılıb, məhkəmə çəkişmələri aparılır və bununla bağlı məhkəmə qərarları da var",-deyə o söyləyib. Ə.B.Cankorel isə mətbuat azadlığının ancaq qanunlar çərçivəsində məhdudlaşdırılmasının mümkün olduğunu qeyd edib. “Beynəlxalq sənədlərdə qeyd olunur ki, media azadlığının məhdudlaşdırılması yalnız qanun və beynəlxalq standartlar əsasında mümkündür. Biz diffamasiya ilə bağlı Mətbuat Şurası ilə geniş müzakirələr aparmışıq və "Diffamasiya haqqında" qanun layihəsi hazırlanıb. Qanun layihəsi diffamasiyanın cəza kimi ləğvi ilə bağlı beynəlxalq standartlara uyğundur",-deyə səfir bildirib. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov son bir neçə ildə Azərbaycanın media mühitində plüralizmin genişlənməsi, cəmiyyət həyatında jurnalistikanın fəaliyyətinin təkmilləşdirilməsi və ictimai-siyasi proseslərdə bu institutun iştirakının təmin olunması sahəsində Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirib. O, senzuranın ölkədə ləğvindən sonra media mühitində yaranan ab-havadan danışıb. "1998-ci ildə Azərbaycanda senzura ləğv olunanda cəmiyyətdə belə bir fikir formalaşdı ki, artıq bununla da Azərbaycan mediasının problemləri aradan qalxdı və jurnalist də, yaradıcı insanlar da istədiyi kimi yazacaq. Prinsip etibarilə bu, əslində belədir. Əgər hər hansı bir jurnalistin fəaliyyəti ictimaiyyət arasına çıxmadan senzuraya məruz qalırsa, bu, anormal haldır. Eyni zamanda, hər bir jurnalist əvvəl sözü deyib, sonra düşünürsə, bu da qeyri-normal haldır. Senzuranın aradan qalxması Azərbaycan jurnalistikasını ciddi problemlərlə üz-üzə qoydu. Əgər əvvəl senzura onları vətəndaşlarla məhkəmə çəkişməsi, qarşıdurmadan xilas edirdisə, artıq senzuranın aradan qalxması bilavasitə jurnalistlər haqqında yazdığı obyektlə, vətəndaşla, qurumla qarşı-qarşıya gətirdi”,- deyə Ə.Həsənov söyləyib. Şöbə müdiri müzakirəyə çıxarılan qanunun Azərbaycan reallıqlarına nə dərəcədə uyuşub-uyuşmaması məsələsinə də toxunub. O, təhqir, böhtanı Azərbaycan milli mentalitetinə, əxlaq normalarına uyğun olmadığını bildirib. “Azərbaycanda söz yarası, təhqir olunma, ünvanına böhtan söylənilmə cəmiyyətin mentalitetinə, əxlaq normalarına uyğun deyilsə, sözün həqiqi mənasında insanın şərəf və ləyaqətinə toxunursa, Azərbaycan cəmiyyəti üçün bundan ağır cinayət və əməl yoxdur. Lakin demokratik inkişafın tələbləri bizi dünya inkişafına qoşulmaq xatirinə cəmiyyət, ictimai rəy üçün məqbul sayılmayan bəzi məsələlərə getməyə vadar edir. Milli və digər azlıqlarla bağlı bəzi normaların da cəmiyyətdə qəbul olunmasına doğru gediriksə, nəyə görə jurnalistlərin təhqirə görə cinayət məsuliyyəti deyil, inzibati məsuliyyətə cəlb olunması praktikasına getməyək? Bu anlamda “Diffamasiya haqqında” qanunun qəbulu ciddi məsuliyyətdir. Bu qanunun qəbulundan sonra jurnalist vətəndaşı təhqir edəcəksə, qanun jurnalistin işlədiyi redaksiya qarşısında məsuliyyət qoyacaq, jurnalist və redaksiya inzibati qaydada cərimə sanksiyaları ilə cəzalandırılacaq. Redaksiya hər bir jurnalistin yazısına görə məsuliyyət daşıyacaq”,-deyə Ə.Həsənov əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-3536.html