Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Elmira Süleymanova: “Məhkəmələr haqqında şikayətlər çoxdur”
12.05.11 02:39

Azərbaycanda məhkəmələr haqqında şikayətlər çoxdur və bu, sirr deyil. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova söyləyib. E.Süleymanova Ombudsman Aparatı əməkdaşlarının məhkəmə proseslərində iştirak etməməsi məsələsinə də münasibət bildirib: “Avropa İnsan Hüquqları üzrə komissar cənab Hammerberq çox böyük çalışmalardan sonra Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq protokolunu qəbul etdi ki, o, üçüncü tərəf kimi məhkəmələrdə iştirak edər. Mən çox maraqlanıram, o, bir dəfə də olsun iştirak edibmi? Əlbbətdə yox. Baxmayaraq ki, xüsusi əlavə protokol da var. Nə üçün? Çünki məhkəmələr haqqında şikayətlər çoxdur və bu, sirr deyil. Heç kimə sübut etmək olmaz ki, məhz nəyə görə kiminsə məhkəmə işinə çıxdım, amma sizin işinizə çıxmadım. Ona görə də bu məsələlər tarazlaşdırılmalıdır. Ancaq bununla yanaşı, demək olmaz ki, biz məhkəmələrlə işləmirik. Qanuna uyğun olaraq, əgər süründürməçiliyə yol verilirsə, qərarlarla bağlı şikayətlər varsa, biz mütləq şəkildə müraciət edirik və vəziyyəti araşdırmağı, ədalətli, qanun çərçivəsində qərar qəbul etməyi xahiş edirik.Ombudsmanın vəzifəsi budur. Əgər kimsə gözləyirsə ki, məhkəmənin, polisin, ya da başqa qurumun vəzifələrini əvəz edək, bu, düzgün deyil”-deyə Ombudsman əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-3534.html