Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » “Facebook”un qurucusu kirayədən canını qurtardı
10.05.11 20:57

Dünyanın ən məşhur sosial şəbəkəsi -“Facebook”un qurucusu, eləcə də ən gənc milyarder Mark Sukerberqlə bağlı maraqlı bir xəbər yayılıb. «KƏLAMİNFO» «runyweb.com»a istinadən məlumat verir ki, 13,5 mlrd. dolların sahibi nəhayət ki, kirayədə qaldığı evdən çıxıb. Onun yeni aldığı ev Kaliforniyada yerləşir. Sosial şəbəkənin sahibi bunun üçün 7 milyon dollar sərf edib. Binanın əsası 1903-cü ildə qoyulub. Sukerberqin 525 kvadratmetrlik mülkündən iş yerinə getməyə o qədər də vaxt sərf etməyəcək. Belə ki, “Facebook”un “Menlo Park”da olan yeni ofisi ilə ev arasında məsafə 10 dəqiqədir. Maraqlıdır ki, Sukerberq sutkanın 16 saatını “Facebook”un ofisində keçirdiyi üçün ev məsələsinə çox da əhəmiyyət vermədiyini demişdi.
URL / WWW
http://kelam.az/article/a-3531.html