Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Əli Abbasov Moskvada beynəlxalq sərgidə iştirak edir
11.05.11 02:57

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılığı altında Azərbaycan nümayəndə heyəti Moskvada bu gün start götürən “Svyaz Ekspokomm-2011” 23-cü Beynəlxalq telekommunikasiya avadanlığı, idarəetmə sistemləri, informasiya texnologiyaları və rabitə xidmətləri sərgisində iştirak edir. RİTN-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, respublikamızı tədbirdə təmsil edən nümayəndə heyətinin tərkibinə, həmçinin ölkənin özəl telekommunikasiya şirkətlərinin nümayəndələri daxildir. Builki sərgidə Azərbaycan ayrıca pavilyonla təmsil olunur. Stendlərdə son illər ərzində respublikanın informasiya texnologiyaları sahəsində məhsulları, xidmətləri, həlləri və əldə olunan nailiyyətləri öz əksini tapıb. Sərgi çərçivəsində iştirakçılar Azərbaycanın İT-bazarının imkanları, eləcə də respublikada həyata keçirilən layihələr, xüsusən Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması, Trans-Avrasiya super informasiya magistralı (TASİM) və elektron hökumət haqqında məlumatlandırılacaqlar.
URL / WWW
http://kelam.az/article/a-3528.html