Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Abid Şərifov: “Paytaxtda su ilə bağlı xüsusi problemin olması barədə yayılan məlumatlar yalandır”
10.05.11 20:57

“Oğuz-Qəbələ-Bakı su kəməri ilə bağlı yaranmış problemlər kiçik xarakterlidir”. Bu barədə jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov bildirib. O, qeyd edib ki, yaranan xırda problemlər kəmər istifadəyə veriləndə suyu test edib buraxmağa imkanın olmaması səbəbindən ortaya çıxır. “Paytaxtda su ilə bağlı xüsusi problemin olması barədə yayılan məlumatlar yalandır. Sözsüz ki, Bakıda su - kanalizasiya sistemi ilə bağlı çox işlər görülməlidir. Kanalizasiya xətlərində dəyişiklik aparılmalıdır. Bu işlərə ümumilikdə milyardlar lazımdır. Bütün bunlar bir gündə görüləsi iş deyil, 70 il əvvəl tikilən boruların bəziləri sıradan çıxıb, bəziləri isə diametri kiçik olduğu üçün dəyişdirilməlidir. Bunu faciəyə çevirmək lazım deyil”,-deyə A.Şərifov vurğulayıb. Onun sözlərinə görə, hansısa evdə su ilə bağlı problem olanda bütövlükdə kəməri boşaltmaq üçün 3-4 gün, doldurmaq üçün isə 5 gün lazım gəlir. “Boruların üstdən yox, içəridən təmiri gedir. Problem olanda kəmər boşaldılaraq içəridən təmir olunur. Oğuz-Qəbələ-Bakı su kəməri ilə bağlı indiyə kimi böyük problem olmayıb, ola da bilməz”,-deyən Baş nazirin müavini Oğuz-Qəbələ-Bakı su kəmərinin böyük layihə olduğunu, yaxın zamanlarda paytaxt sakinlərinin bunun müsbət nəticəsini görəcəklərini də qeyd edib: “Bu su kəmərində sonradan yaranan problemlər normaldır. O zaman Bakı-Tiflis-Ceyhan kəməri də istifadəyə veriləndən sonra problemlər yaranmışdı. Yaxın 1-2 aya Oğuz-Qəbələ-Bakı su kəməri ilə bağlı yaranan xırda problemlər də həllini tapacaq”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-3527.html