Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Əhmədov: “Azərbaycanda müxalifət deyəndə yalnız parlamentdə təmsil olunan azlıqlar nəzərdə tutulur”
10.05.11 20:57

“Bu gün Azərbaycanda müxalifət deyəndə parlamentdə təmsil olunan, azlıq təşkil edən partiyalar və onların nümayəndələri nəzərdə tutulur”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, millət vəkili Əli Əhmədov bildirib. O, qeyd edib ki, indi Azərbaycan siyasi-ictimai mühiti elə bir vəziyyətə gəlib çatıb ki, müxalifət anlayışı dedikdə yalnız parlamentdə təmsil olunan müxalif quruplar nəzərdə tutulur. Bu yaxınlarda parlamentdə təsis olunan müxalif partiyaların “Parlament müxalifət deputat qrupu”da birləşməsinə münasibət bildirən Ə.Əhmədov deyib ki, bundan narahat olan qüvvələr məlum hadisəyə normal yanaşmalıdırlar. “Düzdür, qrupda birləşən partiyalar baxışlarına görə bir-birindən fərqlənirlər, ona görə də onların hansı prinsipdən çıxış edərək birləşməsi haqqında heç nə deyə bilmərəm. Amma ortada olan faktdan irəli gələrək onu deyə bilərəm ki, bunu normal qəbul etmək mümkündür”,-deyə millət vəkili vurğulayıb. Ə.Əhmədov deyib ki, zərurətdən irəli gələrək bu gün Azərbaycan cəmiyyətində parlament müxalifəti anlayışının nədən ibarət olması haqqında ətraflı təsəvvürün yaranması üçün kifayət qədər səy göstərmək lazımdır. “Beynəlxalq təşkilatların da Azərbaycanda keçirdiyi görüşlər göstərir ki, bu praktika artıq formalaşmağa başlayır. Hesab edirəm ki, Azərbaycanın siyasi mənzərəsinin formalaşmasında bu amillərdən istifadə etməliyik”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-3526.html