Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Yaqub Mahmudov: “Heydər Əliyevin xalqımızın milli şüurunun formalaşması və oyanışında rolu əvəzedilməzdir”
10.05.11 20:57

“Azərbaycan tarix boyu bir çox sınaqlarla üz-üzə qalıb. Bu sınaqlardan uğurla çıxmaq üçün daim güclü liderə ehtiyac yaranıb. Heydər Əliyev elə bir şəxsiyyətdir ki, proseslərin önündə gedərək bütün sınaqlardan şərəflə çıxıb”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına açıqlamasında AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib. Y.Mahmudov dünyanın tarixi şəxsiyyətləri arasında Heydər Əliyevin ön sırada olduğunu bildirib. O, Heydər Əliyevin adının Azərbaycan tarixinə xalqımızın xilaskarı kimi düşdüyünü vurğulayıb. Y.Mahmudovun sözlərinə görə, tarixin bütün dönəmlərində ulu öndər Azərbaycan xalqına şərəflə xidmət edib, dövlətimizin inkişafı üçün misilsiz fəaliyyət göstərib.“Ümummilli lider Heydər Əliyevin gücünü və qüdrətini sübut edən amillərdən biri də iki bir-birinə zidd olan sistemdə uğurla fəal göstərməsidir. Həm sovetlər hakimiyyəti, həm də müstəqillik dövründə Heydər Əliyev yalnız Azərbaycan xalqının tərəqqisi, inkişafını düşünüb və bu yolda yorulmadan çalışıb. Sovetlər dönəmində ulu öndər Azərbaycan xalqının milli şüurunun formalaşmasında və oyanışında da rolu əvəzedilməzdir”,-deyə o, vurğulayıb. Tarixçi alim bildirib ki, bu gün Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
URL / WWW
http://kelam.az/article/a-3525.html