Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Həsənov: “Heydər Əliyevsiz Azərbaycana həmişə çətindir”
10.05.11 20:57

“Açığını deyim ki, Heydər Əliyevsiz Azərbaycana həmişə çətindir”. Bunu “KƏLAMİNFO”ya müsahibəsində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. “Hətta o, Moskvada olarkən, Kommunist Partiyasının sıralarında yüksək vəzifə tutarkən onun fəaliyyətinin bəlkə də yarısından çoxu Azərbaycana xidmətdə keçirdi. Heydər Əliyevsiz Azərbaycana həmişə çətindir. Biz Heydər Əliyevin yerini görürük, hər yerdə hiss edirik. Baxmayaraq ki, bu gün Heydər Əliyevin siyasi kursu, daxili və xarici siyasəti uğurla davam etdirilir. Onun siyasi varisi cənab İlham Əliyev sözün həqiqi mənasında Azərbaycanı Heydər Əliyev yolu ilə uğurla irəli aparır. Amma Heydər Əliyevin yeri həmişə hiss olunur. Çünki o, elə bir siyasətçi idi ki, Azərbaycan xalqının, Azərbaycan dövlətinin belə şəxsiyyətlərə ehtiyacı var. Və ümumiyyətlə, Azərbaycan bir lider kimi onunla yaşayıb, yaşayır və gələcəkdə də yaşayacaq” – deyə Əli Həsənov vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3524.html