Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Azərbaycanın Türkiyə və İranla sərhədlərinin delimitasiyası problemi yoxdur”
11.05.11 00:54

Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı Azərbaycan hazırda Gürcüstandan diplomatik kanallar vasitəsilə dəvət gözləyir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib. O, qeyd edib ki, bu gün Azərbaycanla Gürcüstan arasında 480 kilometr sərhəd mövcuddur və bunun 300 kilometri artıq razılaşdırılıb, 180 kilometri isə hələ razılaşdırılmamış qalıb. “Hazırda ekspertlər səviyyəsində işlər aparılır, müvafiq sənədlər təyin olunur, diplomatik kanallarla Gürcüstandan dəvət gözləyirik”,-deyə komitə sədri vurğulayıb. Q.Məmmədov onu da bildirib ki, Azərbaycanla Rusiya arasında sərhədlərin delimitasiyası ilə bağlı müqavilə artıq Rusiya Dövlət Dumasında ratifikasiya edilib. O, həmçinin deyib ki, Azərbaycanın Türkiyə və İranla sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı problemi yoxdur.
URL / WWW
http://kelam.az/article/a-3523.html