Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Binəqədi qəsəbəsində ümummilli lider Heydər Əliyev yad edildi
10.05.11 20:54

Ümümmilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Sayokan döyüş sistemi üzrə II açıq Respublika Turnirinə Binəqədi İdman Kompleksində yekun vuruldu. “KƏLAMİNFO” xəbər verir ki, turnir millət vəkili Hacı Madər Musayevin təşəbbüsü, Binəqədi rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Binəqədi qəsəbə bələdiyyəsi və Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin təşkilatçılığı ilə keçirildi. Turnirdə Binəqədi, Suraxanı, Qaradag, Yasamal, Sabunçu, Nərimanov, Sumqayıt, Xaçmaz, Beyləqan, Qubadlı, Şuşa, Agcəbədi, Fizuli, Ağdam, komandaları iştirak edirdi. İştirakçılar Sayokanın Alaqan, Basaqar, Cəng döyüş sistemlərində mübarizə aparırdılar. Binəqədi Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov yarışın yüksək səviyyədə keçirilməsində göstərdikləri köməyə görə millət vəkili Hacı Madər Musayevə, Binəqədi rayon İcra Hakimiyyəti və Binəqədi qəsəbə bələdiyyəsinə təşəkkürünü bildirdi. Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin Prezidenti Vasif Namazov gələcəkdə də ümummilli liderin xatirəsinə həsr olunan turnirlərin təşkil ediləcəyini qeyd etdi. Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev ümummilli lider Heydər Əliyevin ideyalarından danışdı: "Əziz gənclər, ölkədə bütün quruculuq işləri sizlər üçün, sizin gələcəyiniz üçün aparılır. Biz hamımız Prezident İlham Əliyevin əsgəriyik və biz onun necə bir komandan olduğunu bilirik. Ölkəmizin hər bir bölgəsində abadlıq işləri aparılır, yeni idman kompleksləri tikilir. Bu komplekslərin tikilməsi Azərbaycanın saglam gələcəyini təmin etmək məqsədi daşıyır. Sizin hər birinizə uğurlar arzulayıram”. Qeyd edək ki, yarışın sonunda Alaqan sistemi üzrə komanda hesabı qaliblər: 1-yer Suraxanı, 2-yer Fizuli, 3-cü yer Sumqayıt, Basaqar sistemi üzrə 1-ci yer Bakı-Mərkəz, 2-ci yer Nərimanov, 3-cü yer isə Sumqayıt, Cəng sistemi üzrə 1-ci yer Binəqədi, 2-ci yer Nərimanov, 3-cü yer isə Sumqayıt komandaları qazandı.
URL / WWW
http://kelam.az/article/a-3522.html