Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanın döyüş sursatları Türkiyədə nümayiş olunur
10.05.11 20:54

Müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayədə heyəti Türkiyəyə səfər edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Müdafiə Sənayesi Nazirliyindən veriblər. Səfərdə məqsəd 10-13 may tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək “İDEF-2011” X Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etməkdir. İlk dəfə olaraq “İDEF-2009” beynəlxalq sərgisinə 27 adda məmulatla qatılan Müdafiə Sənayesi Nazirliyi bu sərgidə 89 adda məmulat nümayiş etdirəcək. Bu sərgidə Azərbaycanın pilotsuz uçan aparatları, yeni növ atıcı silahları və döyüş sursatlarının da nümayiş etdirilməsi nəzərdə tutulub.Sərgidə Türkiyə ilə yanaşı ABŞ, İngiltərə, Almaniya, İtaliya, Rusiya, Fransa və digər inkişaf etmiş ölkələrdən 534 şirkətin iştirakı gözlənilir. Qeyd edək ki, sərgi çərçivəsində nazir Y.Camalovun Türkiyə və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərlərilə də görüşü nəzərdə tutulub. Xatırladaq ki, bu, Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məmulatlarla qatıldığı sayca altıncı sərgidir. Bundan öncə nazirlik “İDEF-2009”, “SOFEX-2010”, “MSPO”, “AAD-2010” və “İDEX-2011” sərgilərində təmsil olunub.
URL / WWW
http://kelam.az/article/a-3521.html