Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
11.05.11 01:53

Azərbaycan prezidenti İlham Əliyev bu gün Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı xanımı Mehriban Əliyeva ilə birlikdə Heydər Əliyevə ehtiramını bildirib, məzarı önünə əklil qoyub. Prezident İlham Əliyev akademik Zərifə Əliyevanın da məzarını ziyarət edib, məzarı üzərinə çiçək dəstələri düzüb. Prezidentlə yanaşı, Azərbaycanın dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri də Heydər Əliyevin məzarını ziyarət ediblər. Bunun ardınca isə sadə vətəndaşların ziyarəti başlayıb. Qeyd edək ki, bu gün Azərbaycanda və dünyanın bir çox ölkəsində Heydər Əliyevin anadan olmasının 88 illiyi qeyd olunur.
URL / WWW
http://kelam.az/article/a-3520.html