Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Fəxriyyə Xələfova: “Kişilər üçün yaratdığım ətrin istehsalı son mərhələdədir”
06.05.11 20:31

“Kişilər üçün yaratdığım ətrin istehsalı son mərhələdədir”. Bu sözləri “KƏLAMİNFO”ya müsahibəsində Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova deyib. Onun sözlərinə görə, ətrin adını dəqiqləşdirməsə də, artıq 3-5 real variant var: “Mən qadın ətri buraxanda layihəsi cızılmamış ətrin adının “Nuray” olacağına qərar vermişdim, çünki Nuray qardaşım qızının adıdır. Kişilərin ətrinin ad seçimində çətinlik çəksəm də, istəyirəm ki, bu ad xarici olmasın. Qulağa yatımlı bir ad olsun”. F.Xələfova, həmçinin mayın 14-də “Xəzər qızılgülü” kolleksiyasının Bakıda təqdimatı olacağını qeyd edib. O, təqdimatı beynəlxalq qadınlar klubu ilə təşkil etdiyini və tədbirin xeyriyyə məqsədi daşıyacağını vurğulayıb. “Artıq 3-cü dəfədir ki, bu klubla yeni kolleksiyalarımı təqdim edirəm” - deyə modelyer sonda əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-3519.html