Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Ordu Neapol küçələrində zibil təmizləyəcək
06.05.11 20:31

İtaliyanın baş naziri Silvio Berluskoni ordunu Neapol küçələrini zibildən təmizləmə işlərinə cəlb edib. «KƏLAMİNFO» «Frans-Press» agentliyinə istinadən xəbər verir ki, 170 hərbçi mayın 9-dan başlayaraq Neapol küçələrini təmizləməyə başlayacaq. Artıq 15 ildir ki, Neapolda zibillə bağlı məsələ mürəkkəbliyini saxlayır. Buna səbəb isə zibil qutuları üçün yerlərin azlığıdır. 2008-ci ildə Berluskoni zibil problemi ilə məşğul olmaq istəsə də, problem həllini tapmadı. Baş nazirin sözlərinə görə, yerli hakimiyyət orqanları zibil yandıran zavodların tikintisi ilə bağlı tenderi keçirə bilməyib. İlkin məlumatlara görə, şəhər küçələrində 3500 ton zibil yığılıb qalıb ki, onların da yarısı şəhərin mərkəzindədir. Versiyalardan birinə görə, zibillə bağlı məsələnin həllinin tapmamasında yerli mafiya günahkardır. Belə ki, onlar zibillərin utilizasiyasından xeyli mənfəət götürürlər.
URL / WWW
http://kelam.az/article/a-3515.html