Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Qulu Məhərrəmli: “Rəşad Məcidin bu cür zarafatları birinci dəfə deyil”
06.05.11 20:25

“Rəşad Məcidin bu cür zarafatları birinci dəfə deyil”. Bu sözləri “KƏLAMİNFO”ya müsahibəsində teleaparıcı Qulu Məhərrəmli “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin “Diffamasiya haqqında” qanunun müzakirəsində səsləndirdiyi fikrə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Rəşad Məcid beyni çox yaxşı işləyən, xəbəri yaradıb və idarə etməyi bacaran açıq təfəkkürlü bir insandır. “Bunu normal sayıram. Biz yumoru, ironiyanı başa düşməliyik. Əgər biz bu qanunun müzakirəsində kimlər üçünsə əlavə səlahiyyətlər axtarışına çıxsaq və o adamlar sabah jurnalistləri yazdıqlarına görə şallaqlamağı cəza növü kimi təqdim etsələr, ciddi problemlər ortaya çıxacaq” - deyə Q.Məhərrəmli vurğulayıb. O, Rəşad Məcidin zarafatla dediyi bir sözü başlığa çıxaran qəzetlərin məsələnin mahiyyətini ifadə etmədiklərini bildirib. Q.Məhərrəmli, həmçinin “Diffamasiya haqqında” qanunun qəbulunun çox vacib olduğunu deyib. O, jurnalistlər, bloqqerlər, ümumiyyətlə, mətbu sözlə işləyən insanların fikirlərinə, yazılarına görə cinayət məsuliyyətinə cəlb edilməməli olduğunu söyləyib. “Bu qanunun müzakirəsi də çox ciddi prosesdir. Kimin təqdim etməyindən asılı olmayaraq, bu qanun layihəsinin meydana çıxması çox vacibdir. Müzakirəni bu cür bayağı, bu cür lağlağıya salmaq olmaz” - deyə Q.Məhərrəmli əlavə edib. “Hesab edirəm ki, bu, mətbuat qanunvericiliyində güclü elementlərdən biri ola bilər. Mətbuat nümayəndələri buna ciddi diqqət yetirməlidirlər”. Xatırladaq ki, Mətbuat Şurasında (MŞ) “Diffamasiya haqında” qanun layihəsinin müzakirəsi zamanı Mətbuat Şurasının üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid jurnalistlərin şallaqla cəzalandırılmasını təklif edib.
URL / WWW
http://kelam.az/article/a-3511.html