Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Fransanın xarici işlər naziri Bernar Kuşner Tərəfləri Dağlıq Qarabağ münaqişəsini həll etməyə çağırıb
01.12.09 19:43

Dağlıq Qarabağ və Dnestryanı münaqişələrin həllinə nail olmaq üçün tutarlı əsaslar var. Tərəfləri Dağlıq Qarabağ münaqişəsini həll etməyə çağırıram. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Fransanın xarici işlər naziri Bernar Kuşner Yunanıstanın paytaxtı Afinada keçirilən ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 17-ci iclasındakı çıxışında səsləndirib B.Kuşner ATƏT-in Minsk Qrupu, həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin səyləri nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm addımlar atıldığını bildirib. “Ümid edirik ki, bu tərəqqiyə Afinada da nail olunacaq, münaqişə tezliklə həllini tapacaqdır”,-deyən B.Kuşner Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərini münaqişənin həlli ilə bağlı razılıq əldə etməyə və bunu yazılı şəkildə əks etdirməyə çağırıb.Rusiya Prezidenti Dmitri Medvedevin Avropa təhlükəsizlik sisteminin qurulması ilə bağlı təklifinə toxunan nazir Fransanın bu təklifə ilk dəstək verən ölkələrdən olduğunu bildirib.
URL / WWW
http://kelam.az/article/a-351.html