Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Gövhər Baxşəliyeva: “Elmi dərəcələrə görə təqaüdlər artırılmalıdır”
07.05.11 02:15

“Dövlət büdcəsinə əlavə və dəyişikliklər edilərkən elmi dərəcələrə görə verilən təqaüdlərin artırılmasını təklif edəcəm”. Bu barədə “KƏLAMİNFO”ya açıqlamasında parlamentin Elm və təhsil komitəsinin üzvü, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva bildirib. Millət vəkili deyib ki, hazırda doktorluq adına görə 50, elmlər namizədi adına görə isə ayda 30 manat təqaüd verilir: “Mən istərdim ki, o təqaüdlər artsın və bu təklifi səsləndirəcəm”. Son vaxtlar dövlət rəhbərliyi səviyyəsində elmə diqqət və qayğının artdığını deyən G.Baxşəliyeva, həmçinin AMEA-nın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini də zəruri sayıb: “Ezamiyyələrə daha çox vəsait ayrılmalıdır. Şərqşünaslıq İnstitutunun işi bilavasitə xaricdə nəşr olunan ədəbiyyatlarla əlaqədardır, bundan əlavə, bir çox xarici ölkədə əlyazma mərkəzləri, kitab xəzinələri var, həmin mənbələrlə müntəzəm işləmək üçün elmi işçilərimizin ezamiyyəsi lazımdır. Odur ki, elmi ezamiyyələr üçün, həmçinin xaricdən yeni nəşrlərin, dövrü mətbuatın alınması üçün daha çox vəsaitə ehtiyac var. Kitab nəşri üçün də vəsaitlərin ayrılması müsbət effekt verər”. G.Baxşəliyeva AMEA işçilərinin əməkhaqqının ötən ilin sonunda və bu ilin əvvəlində iki dəfə artırıldığını xatırladaraq, bunun elm adamlarına böyük hörmət olduğunu bildirib.
URL / WWW
http://kelam.az/article/a-3508.html