Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Ekspert: “İranı Urmiya bəyannaməsi kimi sənədlər xilas etməyəcək”
06.05.11 20:15

“Son illər mütəmadi olaraq Qərbi ikili standartlarda ittiham edən İran prezidenti Mahmud Əhmədinejat özü ölkə daxili, eləcə də regionda ikili standartlarla hərəkət edir”. Bu barədə “KƏLAMİNFO” müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib. Ekspert deyib ki, ilk olaraq rəsmi Tehran başqalarına rəva bildiyini İranda yaşayan digər xalqlara, xüsusilə də azərbaycanlılara rəva bilmir, öz konstitusiyasına ziddi gedərək daxili siyasətdə ikili standartlara meyllənir. “Misir və Tunisdə baş verən inqilablar nəticəsində müxalifət liderləri siyasi fəaliyyətə geri döndülərsə, İranda əksinə müxalifətin iki tanınmış lideri ev həbsinə alınıb. İranın Azərbaycan əyalətlərində son günlər həbs edilənlərin sayı-hesabı yoxdur. Güney azərbaycanlıların günahı odur ki, islahat və milli azlıqların hüquqlarının artırılmasını tələb edirlər.Buna görə onlar İran hakimiyyətindən kifayət qədər haqsızlıqlar görürlər”,-deyə E.Şahinoğlu vurğulayıb. O, qeyd edib ki, İran prezidenti Suriya “təcrübəsini” ölkəsində təkrarlayır. “Mahmud Əhmədinejat anlayır ki, Suriyada avtoritar rejim də yıxılsa, ərəb dalğası İranın sərhədinə dirənəcək. Belə olan halda Tehranı Azərbaycan və Türkiyənin də iştirakı ilə imzaladığı Urmiya bəyannaməsi kimi sənədlər xilas etməyəcək”,-deyə ekspert əlavə edib. Qeyd edək ki, İran, Azərbaycan və Türkiyənin xarici işlər nazirləri aprelin 16-da İranın Urmiya şəhərində üçtərəfli görüş keçiriblər. Görüşdə qəbul olunan birgə Bəyannamədə bir sıra sahələrdə əməkdaşlığı özündə əks etdirən maddələr yer tutub.
URL / WWW
http://kelam.az/article/a-3507.html