Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Milli Məclisdə “Amnistiya haqqında” qanunun qəbul olunması təklif olundu
06.05.11 20:15

Milli Məclisdə 28 May Respublika günü ilə bağlı “Amnistiya haqqında” qanunun qəbul olunması təklif olundu. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə parlamentdə millət vəkili İqbal Ağazadə təkliflə çıxış edib. O qeyd edib ki, hazırda bu qanunun qəbul olunması kifayət qədər ehtiyac var və onlarla ailə bu gün bunu gözləyir. “Onlarla ailə indi həmin gün münasibətilə amnistiya gözləyir. Ümid edirəm ki, cənab prezident öz qanunvericilik təşəbbüsü hüququndan istifadə edib bu gün ərəfəsində bu məsələni qaldıracaq” - deyə millət vəkili vurğulayıb. İ.Ağazadə amnistiyanın qəbul olunmasında 2 Aprel mitinqlərində saxlanılan şəxslərin də maddələrinin nəzərdə tutulmasını xahiş edib. Millət vəkili, həmçinin dövlət büdcəsinin müzakirəsinə qədər “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişiklərin qəbul edilməsini təklif edib. “Builki dövlət büdcəsində siyasi partiyaların maliyyələşməsi məsələsi də nəzərdə tutulsun” - deyə o, əlavə edib. Millət vəkili Siyavuş Novruzov isə deyib ki, amnistiya barədə qanuna heç bir ciddi cinayət törətmiş şəxs düşmür. “Əgər bu gün hansısa jurnalist, hansısa siyasətçi xarici dövlətdən maliyyələşərək vətəninə xəyanət edirsə, bu, siyasi məhbus deyil, əsl cinayətkardır. Ona görə də onlar axıra kimi cəzalarını almalıdırlar” - deyə S.Novruzov vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3504.html