Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Milli Məclis müzakirələrə başlayıb
07.05.11 02:15

Bu gün Milli Məclisin növbəti iclası işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, iclasda Şuşa şəhərinin işğalında həlak olanlar 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra spiker Oqtay Əsədov 9 may Qələbə bayramı münasibətilə deputatları və Azərbaycan xalqını təbrik edib. O qeyd edib ki, tezliklə ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tarixində Dağlıq Qarabağın azad olunması kimi yeni qələbə gününü əlavə edəcəyik. Spiker ulu öndərin anadan olmasının 88-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib. O.Əsədov bildirib ki, ulu öndər Heydər Əliyevin sayəsində qısa müddətdə Azərbaycan iri addımlarla inkişaf yolu keçib. Bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlər onun zəhmətinin bəhrəsidir. Daha sonra cari məsələlər müzakirə olunub. Qeyd edək ki, iclasın gündəliyinə 6 məsələ daxil edilib. İclasda ilk növbədə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklə bağlı təkrar səsvermə keçiriləcək, sonra isə Naxçıvan MR-in Konstitusiyasına dəyişikliklə bağlı qanun layihəsi müzakirə olunacaq. Həmçinin “Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında imzalanmış Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə”, eləcə də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, UQE-LANSER PTİ.LTD və ARDNŞ-in Ortaq Neft Şirkəti (ONŞ) arasında imzalanmış “Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihələri müzakirə olunacaq. Bundan əlavə, deputatlar Balakən rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin layihəsini ikinci oxunuşda müzakirə edəcəklər.
URL / WWW
http://kelam.az/article/a-3503.html