Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İmişlidə “Azərsun Holdinq”in müəssisələri ilə tanış olub
06.05.11 20:15

Prezident İlham Əliyev mayın 5-də İmişli rayonuna səfəri çərçivəsində “Azərsun Holdinq” şirkətinin müəssisələri ilə tanış olub, yem fabrikinin açılışında, kəllə qənd zavodunun təməlqoyma mərasimində iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı əvvəlcə “Green Land” yem fabrikinin açılışında iştirak edib. Bildirilib ki, prezident İlham Əliyevin sahibkarlığın inkişafına dəstək siyasətinə uyğun olaraq, “Green Land” yem fabriki dövlətin güzəştli krediti və “Azərsun Holdinq”in vəsaiti hesabına inşa olunub. Dövlət başçısı fabrikdə istehsal olunan hazır yem məhsullarına baxıb. Qeyd edilib ki, təqribən bir hektar ərazisi olan fabrikdə qaramal və davar, eləcə də broyler və yumurtalıq quş yemləri istehsal olunacaq. Prezident İlham Əliyev fabrikin idarəetmə mərkəzindən istehsal prosesini izləyib. Fabriklə tanış olan Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, 80 nəfərin işlə təmin olunduğu müəssisənin illik istehsal gücü 150 min tondur. Burada altı xam maddə, bir hazır məhsul anbarı da var. Dövlət başçısı şirkətin bitki yağları fabriki ilə də tanış olub. Bildirilib ki, müəssisə 1,2 hektar ərazini əhatə edir. Prezident İlham Əliyev fabrikdə istehsal prosesini izləyib. Qeyd olunub ki, müəssisədə quraşdırılmış avadanlıqlar ən müasir standartlara cavab verir. Dövlət başçısı fabrikdə istehsal olunan məhsulların nümunələrinə də baxıb. Məlumat verilib ki, müəssisədə həm xam bitki yağları, həm də günəbaxan cecəsi və soya jımıxı hazırlanacaq. İllik istehsal gücü 60 min ton olan fabrikdə 80 nəfər işlə təmin edilib. Müəssisədə Azərbaycanda ən böyük üç saxlama anbarı yaradılıb. Anbarın quraşdırılmasında Sahibkarlığa Kömək Milli Fonduna müraciət olunub və dövlətin güzəştli kreditlərindən istifadə edilib. Sonra Prezident İlham Əliyev müəssisədə yağın alınması prosesinin son mərhələsini izləyib. Dövlət başçısı xam şəkər saxlanılacaq anbar ilə də tanış olub. Məlumat verilib ki, anbarda 40 min ton xammal saxlamaq mümkündür. Prezident İlham Əliyev qurutma sexində iş prosesini izləyib. Qeyd edilib ki, burada yüksək keyfiyyətli çuğundur cecəsi, həmçinin qarışıq yem hazırlanır. İllik istehsal gücü 15 min ton olan sexdə 30 nəfər işlə təmin edilib. Dövlət başçısı kəllə qənd zavodunun təməlqoyma mərasimində də iştirak edib. Zavodun sxemi ilə tanış olan prezident İlham Əliyevə məlumat verilib ki, müəssisənin tikintisi üçün 7,5 hektar torpaq sahəsi ayrılıb. İllik istehsal gücü 60 min ton olan müəssisədə müxtəlif çeşiddə kəllə qənd hazırlanacaq. Dövlət başçısı gilizi təmələ buraxdı və beton qarışığı tökdü.
URL / WWW
http://kelam.az/article/a-3500.html