Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident: “2012-ci ilin sonuna qədər bütün yaşayış məntəqələri qazlaşdırılmalıdır”
07.05.11 02:11

“Dövlət Neft Şirkətinə göstəriş vermişəm ki, 2012-ci ilin sonuna qədər Azərbaycanın bütün yaşayış məntəqələri - harada ki, mümkündür – qazlaşdırılsın”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Muğan bölgəsinə səfər edən Prezident İlham Əliyev əhali ilə söhbətində deyib. Onun sözlərinə görə, beləliklə, ölkə ərazisinin 95 faizi qazlaşdırılacaq: “Vətəndaşları narahat edən digər məsələ içməli su ilə bağlıdır. Bu məsələ əfsuslar olsun ki, əsrlər boyu bizi incidib. Çünki kifayət qədər su mənbələrimiz olmayıb. Vaxtilə çəkilmiş xətlər sıradan çıxıb. Rayon yerlərində ümumiyyətlə kanalizasiya xətləri olmayıb. Böyük layihədir, böyük proqramdır, indi icra olunmağa başlayıb. Biz çalışmalıyıq ki, bu layihəni də 2013-cü ilin sonuna qədər icra edək. Bu da çox böyük layihədir. Həm texniki cəhətdən çox çətin, həm iqtisadi cəhətdən, maliyyə baxımından çox böyük vəsait tələb edən layihədir. Ancaq bu iki layihəni - qazlaşdırma ilə içməli su-kanalizasiya məsələlərini həll etsək, böyük bir iş olacaq. Yaşamaq, işləmək üçün şərait daha da yaxşı olacaq. İş yerləri açılmalıdır. İşlər görülür, amma hələ ki, işsizlik, işsizlər var. Biz bu məsələyə də daim diqqət göstərməliyik”.Prezident bildirib ki, Azərbaycanda bütün kənd yolları təmir olunur, yenidən tikilir. Həm Bakıətrafı qəsəbələrdə, həm də ən ucqar kəndlərdə, ən ucqar rayonlarda yolların tikintisi prosesi sürətlə gedir.
URL / WWW
http://kelam.az/article/a-3497.html