Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Muğamla bağlı ayrıca Dövlət Proqramı qəbul olunacaq
05.05.11 20:36

Azərbaycanda muğam sənətinin qorunması üçün ayrıca Dövlət Proqramı qəbul ediləcək. “KƏLAMİNFO” xəbər verir ki, bununla bağlı Milli Məclisdə hazırlanan “Azərbaycanda muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” yeni Qanun layihəsində nəzərdə tutulub. Qanun layihəsində göstərilir ki, dövlət muğam sənətinin qorunması və inkişaf etdirilməsi sahəsində bir sıra müddəalarla yanaşı, ayrıca Dövlət proqramının qəbul olunmasına da təminat verir. Qanunda göstərilir ki, dövlət həmçinin Azərbaycanda bu sənətin inkişaf etdirilməsi və milli xüsusiyyətlərin qorunması proseslərinə nəzarəti həyata keçirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı yanında daimi fəaliyyət göstərən və yüksək peşəkarları əhatə edən Muğam Şurasının yaradılmasına da təminat verir.
URL / WWW
http://kelam.az/article/a-3496.html