Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » ABŞ-da Azərbaycanın mədəniyyət günləri keçiriləcək
05.05.11 20:36

Mayın 7-8-i tarixlərində ABŞ-ın Hyuston şəhərində İpək Yoluna həsr olunacaq Hyuston Beynəlxalq Festivalı keçiriləcək. Festival çərçivəsində təşkil olunacaq tədbirlərdə İpək Yolu ölkələri və Hyustonla qardaşlaşmış şəhərlərlə yanaşı, ölkəmizin rəsmi heyət və ifaçı qruplarından ibarət nümayəndə heyətinin də iştirakı nəzərdə tutulur. Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, konsert proqramından sonra (mayın 9-da) Hyuston və Bakı şəhərlərinin qardaşlaşmasının 35 illiyi ilə əlaqədar xüsusi proqramın təşkil edilməsi də planlaşdırılır. Mayın 10-14-də ABŞ-ın Los Anceles, 14-17-də San-Fransisko və 17-20-də isə Vaşinqton şəhərlərində mədəni proqramlar təşkil olunacaq. Mədəniyyət günlərində təşkil olunacaq konsert proqramlarının birinci hissəsində “Emil Əfrasiyab və onun dostları” caz qrupunun ifasında Caz – Estrada – Xalq mahnılarından ibarət kompozisiya, ikinci hissəsində isə Dövlət Rəqs Ansamblının ifasında müxtəlif rəqslər və həmçinin məşhur muğam ifaçılarının çıxışları yer alacaq. Mədəniyyət günləri ölkəmizin Vaşinqtondakı səfirliyi və Los-Ancelesdəki Baş Konsulluğun təşkilatı dəstəyi ilə keçirilir.
URL / WWW
http://kelam.az/article/a-3495.html