Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Milli musiqi nümunələrimiz ermənilərdən alınıb Vətənə qaytarıldı
05.05.11 20:36

Bir müddət əvvəl Sankt-Peterburqdakı “Puşkinskiy dom” Rus Ədəbiyyatı İnstitutunda Azərbaycan musiqi folkloru nümunələrinin (səs yazılarının) və həmin materiallara aid yazılı sənədlərin saxlanıldığı müəyyən edilmişdir. Keçən əsrin 20-30-cu illərində keçirilmiş ekspedisiyalar zamanı toplanmış bir sıra muğam, aşıq musiqisi, digər Azərbaycan folkloru nümunələri erməni xalq musiqisi kimi qeydə alınmışdır. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, nazirliyin Rusiya tərəfi ilə apardığı danışıqlar nəticəsində sözügedən materiallar rəqəmsal daşıyıcılara köçürülərək Vətənə qaytarılıb. Xatırladaq ki, sabah saat 12:00-da Muzey Mərkəzində Rusiyada saxlanılan Azərbaycan musiqi folkloru nümunələrinə özgələrin sahib çıxmaq cəhdi haqqında mətbuat konfransında musiqi yazılarının əldə olunması ilə bağlı maraqlı faktlar açıqlanacaq, materiallar üzərində tədqiqat işləri barəsində məlumat veriləcək.
URL / WWW
http://kelam.az/article/a-3494.html