Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Qaynar xətt”ə aprel ayında 106 müraciət daxil olub
05.05.11 20:36

Cari ilin aprel ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə 106 müraciət daxil olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya ETSN-dən veriblər. Müraciətlər nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb. Belə ki, ağacların kəsilməsi ilə əlaqədar 21, aşma təhlükəsinin olması ilə əlaqədar 72, havadan gələn kəskin qoxu ilə bağlı 3, məişət tullantılarının qalaqlanması ilə bağlı 5, yerin təkindən istifadə ilə bağlı 1, çirkab suların axıdılması ilə bağlı 3, radiasiya ilə bağlı isə 1 müraciət daxil olub. Qeyd edək ki, araşdırmalar zamanı daxil olan müraciətlərin çox hissəsinin şəxsi xarakterli olduğu və fərdi konfliktləri həll etmək məqsədi daşıdığı məlum olub.
URL / WWW
http://kelam.az/article/a-3493.html