Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Əflatun Amaşov: "Diffamasiya haqqında" qanun bu il qəbul olunacaq”
05.05.11 20:36

Bu gün Mətbuat Şurasında ATƏT-lə birgə hazırlanmış "Diffamasiya haqqında" qanun layihəsinin ilk müzakirəsi keçirildi. “KƏLAMİNFO” xəbər verir ki, MŞ sədri Əflatun Amaşov hazırda bir jurnalistin – Eynulla Fətullayevin həbsdə olduğunu xatırlatdı. O, bununla bağlı Mətbuat Şurası tərəfindən Əfv Komissiyası və digər qurumlara müraciət edildiyini bildirdi. Ə.Amaşov bir ildən artıqdır ki, ATƏT-lə birgə bu layihənin üzərində işlədiklərini söylədi. O, müzakirə edilən qanun layihəsində yazdığı yazıya görə jurnalistlərin həbs olunmamasının əks olunduğunu söylədi. O, həmçinin mayın 11-də ATƏT-lə birlikdə bu mövzuda Bakıda beynəlxalq konfrans keçirəcəklərini açıqladı. "Həmin konfransda diffamasiya ilə bağlı məsələlər müzakirə olunacaq. Konfransdan sonra qanun layihəsini parlamentə təqdim edəcəyik. İnanıram ki, cari ilin sonuna qədər Azərbaycanda "Diffamasiya haqqında" qanun qəbul olunacaq”,-deyə o qeyd edib. ATƏT-in Bakı ofisinin Demokratiya şöbəsinin rəhbəri Jaklin Karpenter MŞ-nın “Diffamasiya haqqında” qanun layihəsilə bağlı müraciətini yüksək dəyərləndirdi. “Qanun layihəsinin hazırlanmasında beynəlxalq təcrübəyə əsaslanmışıq. Lakin istəyirik ki, mətbuat işçilərinin də bu qanunla bağlı fikirlərini öyrənək. Qanun ətrafında müzakirələrdən sonra ATƏT bu haqda öz mövqeyini bildirəcək”,-deyə J.Karpenter əlavə edib. Hüquqşünas Ə.Məmmədli qanunun qəbulu istiqamətində görülən işləri müsbət dəyərləndirdi. O, dünya təcrübəsindən sitatlar gətirərək, qəbul ediləcək qanunun oxşar, fərqli cəhətlərindən danışıb. “Beynəlxalq təcrübədə “Diffamasiya haqqında” 283-cü maddə var. Qəbul edəcəyimiz qanun da ona əsaslanmalıdır. Müsbət haldır ki, həmin qanunun fəsilləri bizim “Diffamasiya haqqında” Qanunun müddəaları ilə üst-üstə düşür”,-deyə o vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3492.html