Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » İnsan alveri qurbanları hansı ölkələrə aparılır?
05.05.11 20:36

Azərbaycandan insan alveri qurbanları əsasən Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, qismən İran və digər ölkələrə aparılır. “KƏLAMİNFO” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəis müavini İmran Nəcəfov bildirib. O, getdikcə Azərbaycanda insan alveri qurbanlarının sayının azaldığının da açıqlayıb. İnsan alverinin qurbanlarına dövlət tərəfindən verilən birdəfəlik kompensasiyanın artırıldığının xatırladan İ.Nəcəfov bunun 33 manatdan 200 manata çatdırıldığını söyləyib. O, birdəfəlik müavinətin artırılmasının istisna edilmədiyini də diqqətə çatdırıb. Ötən il və cari ilin birinci rübü ərzində insan alveri cinayəti ilə bağlı 70 faktın qeydə alındığını vurğulayan İ.Nəcəfov qeyd edib ki, cinayətləri törətdiklərinə görə 38 şəxs cinayət məsuliyyətinə cəlb edilib və insan alveri qurbanı olan 34 nəfər müəyyən olunub. Onlardan 27-si sığınacağa yerləşdirilib. İnsan alveri qurbanlarının uşaqlarından 2-si internat məktəbinə, 5-i isə uşaq bağçasına yerləşdirilib. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən insan alverindən zərər çəkmiş 30 nəfərə reinteqrasiya dövründə birdəfəlik müavinətlər, 5 nəfərə isə İnsan alveri qurbanlarına Kömək Fondundan yardımlar verilib.
URL / WWW
http://kelam.az/article/a-3491.html