Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Zərdabi Mətbuat Mərkəzi apardığı sorğunun nəticələrini açıqladı
26.11.09 22:05

Bu gün Mətbuat Şurasında (MŞ) Zərdabi Mətbuat Mərkəzi (ZMM) Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirdiyi “Medianın ilk mənbədən informasiya alması: mövcud tendensiyaların monitorinqi və peşəkarlığa dəstək” layihəsi çərçivəsində “Azərbaycanda ilk mənbədən informasiya alınması sahəsində vəziyyət: problemlər və həll yolları” mövzusunda Dəyirmi masa keçirdi. KƏLAMİNFO xəbər verir tədbirdə çıxış edən ZMM-nin sədri Rəhim Hüseynzadə həyata keçirdikləri bir aylıq sorğunun nəticələrini açıqladı. O qeyd etdi ki, sorğuda KİV-in ilk mənbə ilə iş xüsusiyyətləri, qarşıya çıxan problemlər, bu sahədəki çatışmazlıqlar barədə statistik rəqəmlər əks olunub. Sorğunun 100 jurnalist arasında aparıldığını diqqtə çatdıran R.Hüseynzadə qeyd etdi ki, sorğu informasiya daşıyıcısı olan təşkilatar, o cümlədən nazirliklər və dövlət qurumları arasında da aparılıb və onların münasibətləri müvafiq balla qiymələndirilib. Onun sözlərinə görə, sorğuda ölkəmizdə fəaliyyət göstərən bir sıra QHT və siyasi partiyalar da iştirak edib.
URL / WWW
http://kelam.az/article/a-349.html