Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Politoloq: “Ermənistanın Rusiyadan asılılığı daha da möhkəmlənir”
05.05.11 20:36

“Gürcüstanla Rusiya arasındakı məlum münaqişəni biz heç vaxt unutmamalıyıq, çünki bu göstərdi ki, donmuş münaqişələrin həlli nə dərəcədə vacibdir və beynəlxalq münasibətlərə necə böyük təsir edə bilər”. Bu barədə “KƏLAMİNFO” müsahibəsində politoloq Fikrət Sadıxov bildirib. Politoloqun fikrincə, Dağlıq Qarabağ münaqişəsi həll edilmədikcə, Ermənistanın Rusiyadan aslılığı daha da möhkəmlənir ki, bu da Moskva üçün pis keçmir. “Azərbaycan isə Qərb, xüsusən də ABŞ üçün çox vacib ölkədir. NATO-nun təyyarələri Əfqanıstana Azərbaycanın hava məkanından keçməklə uçur. Bundan başqa, Azərbaycan Avropanın enerji təhlükəsizliyində vacib halqadır. Mənə elə gəlir ki, biz də bu detallardan yararlanmalıyıq”,-deyə politoloq vurğulayıb. Onun sözlərinə görə, əks halda heç bir vasitə ilə Rusiyanın indiki mövqeyindən tərpətmək mümkün olmayacaq.
URL / WWW
http://kelam.az/article/a-3488.html