Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » DİN rəsmisi: “Heç bir cinayət bağlı qalmayacaq”
05.05.11 22:36

Demokratik və hüquqi dövlətimizdə hər bir cinayətin qarşısı qətiyyətlə alınacaq, heç bir cinayət bağlı qalmaycaq. “KƏLAMİNFO” xəbər verir ki, bunu ATƏT-in Bakı ofisində Azərbaycanda insan alverinə qarşı mübarizə həftəsinin başlanmasına həsr olunan tədbirdə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəis müavini İmran Nəcəfov söyləyib. İ.Nəcəfov bəyan edib ki, cinayətkarlar məsuliyyətdən qaça bilməyəcəklər. O qeyd edib ki, insan alverinə məruz qalan bütün qurbanlar müdafiə olunur və olunacaq. O, insan alverinə qarşı mübarizədə dövlət qurumları, vətəndaş cəmiyyətləri, beynəlxalq qurumların birgə səylərinə ehtayc olduğunu söyləyib. İ.Nəcəfov hazırda insan alveri və bununla bağlı olan cinayətlərə qarşı mübarizə sahəsində Azərbaycan qanunları, ölkə prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları, Azərbaycanın beynəlxalq öhdəlikləri və milli fəaliyyət palanına uyğun olaraq müvafiq tədbirlərin davam etdirildiyini xatırladıb.
URL / WWW
http://kelam.az/article/a-3486.html