Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Elmir Vəlizadə Ümumdünya informasiya və kommunikasiya sammitində iştirak edəcək
06.05.11 02:36

Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə mayın 11-də Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçiriləcək 7-ci Ümumdünya informasiya və kommunikasiya sammitində iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən veriblər. Nazir və nazir müavinləri səviyyəsində təşkil olunacaq sammit iştirakçılara telekommunikasiya və yeni texnologiyaların gələcəyinə dair müxtəlif fikir və strategiya ətrafında müzakirələr aparmaq imkanı verir. Tədbirə toplaşan dünya ölkələrinin nümayəndələri bu imkandan istifadə edərək “Ağıllı cəmiyyət və mobil inqilab” mövzusunda öz fikirlərini bölüşəcək, eləcə də bu gün sürətlə təkamül edən rəqəmli mühitdə yeni imkanların birgə açılması yollarını müzakirə edəcəklər. Sammitə gələn qonaqlar həmçinin Cənubi Koreyanın informasiya texnologiyaları sahəsinin ən iri sərgisi olan World IT Show 2011-in ekspozisiyası ilə tanış olacaqlar. Builki sərginin mövzuları simsiz rabitə, genişzolaqlı şəbəkələr, şəbəkə texnologiyaları, lokal və korporativ şəbəkələr, LAN/WAN, simsiz LAN-texnologiyalarıdır.
URL / WWW
http://kelam.az/article/a-3484.html