Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov Monteneqrolu həmkarı ilə görüşüb
05.05.11 20:36

Xarici işlər naziri Elmar Məmmədyarov Monteneqroya səfəri çərçivəsində bu ölkənin Xarici İşlər və Avropa İnteqrasiyası Naziri Milan Roçen ilə görüşüb. Xarici İşlər Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Monteneqro arasında qarşılıqlı ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub, iqtisadi və turizm sahələrində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğu qeyd edilib.Elmar Məmmədyarov iqtisadi və turizm sahələri ilə yanaşı mədəniyyət, təhsil sahələrində də ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsinin, təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb. Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesi barədə həmkarına geniş məlumat verib. Ölkəmizdə sürətli inkişafın əyani şahidi olduğunu qeyd edən M.Roçen Monteneqro ilə Azərbaycanın uğurlu əməkdaşlığına inandığını bildirib. Tərəflər ölkələr arasında əlaqələrin və əməkdaşlıq sahələrinin artırılması üçün hüquq müqavilə bazasının genişləndirilməsi barədə razılığa gəliblər.
URL / WWW
http://kelam.az/article/a-3483.html