Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı avtomobil yolunun açılışında iştirak edib
06.05.11 02:35

Prezident İlham Əliyevin Muğan bölgəsinə səfəri başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, səfər çərçivəsində dövlət başçısı Sabirabad rayonuna gəlib. Dövlət başçısı ümummilli lideri Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyevə məlumat verilib ki, hazırda rayonda abadlıq və quruculuq işlərinin növbəti mərhələsinə başlanıb. Bu mərhələdə ulu öndər Heydər Əliyevin abidəsinin yerləşdiyi parkda geniş abadlıq işləri görülüb, yaşıllıq zolağı salınıb, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.Sonra prezident İlham Əliyev Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı avtomobil yolunun 15 kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib. Dövlət başçısına yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verilib. Qeyd edilib ki, Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılması məqsədi ilə rayonun 7 min 400 təsərrüfatını əhatə edən və 33 min 500 nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən 68 kilometrlik Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı avtomobil yolunun əsaslı surətdə yenidən qurulması üçün dövlət başçısının ötən ilin noyabrında imzaladığı Sərəncama əsasən Prezidentin Ehtiyat Fondundan maliyyə vəsaiti ayrılıb. Artıq bu yolun 15 kilometrlik Sabirabad-Qasımbəyli hissəsinin əsaslı bərpası və asfaltlanması işləri başa çatdırılıb. Hazırda yolun digər hissələrində yenidənqurma işləri davam etdirilir. Sabirabad rayonunun həyatında mühüm əhəmiyyətə malik olan bu yolun yenidən qurulması təbii fəlakətdən zərər çəkən əhalinin rahatlığını təmin etməyə və kəndlərarası avtomobil əlaqəsini daha da asanlaşdırmağa imkan verəcək. Prezident İlham Əliyev yolun açılışını bildirən lenti kəsib. Dövlət başçısı görülmüş işlərdən razılığını bildirib.
URL / WWW
http://kelam.az/article/a-3481.html