Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Ekspert: “Usəma bin Ladendən sonra ikinci hədəf Müəmmər Qəddafidir”
04.05.11 18:34

“Əgər “Əl-Qaida” lideri Usəma bin Ladenin öldürülübsə, bu o deməkdir ki, onun həqiqətən də mövcud olduğu təsdiqlənir”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib. Onun fikrincə, dünyanın ən qüdrətli dövlətinin Usama bin Ladeni 15 il təqib edəndən sonra ovlaya bilməsi onu göstərir ki, terrora qarşı mübarizə istiqamətində inkişaf var və belə getsə, növbəti hədəf Müəmmər Qəddafi olacaq. “Amma bin Ladenin öldürülməsi ilə məsələ həll olunmur. Terrorizmi doğuran ictimai, siyasi, iqtisadi səbəblər var. Tarixdən də bəlli - inkaredilməz həqiqətdir ki, bir terrorçu gedir, onun yerinə başqası gəlir. Ona görə də terrorizmi doğuran səbəbləri - ictimai bərabərsizliyi, ədalətsizliyi, qanunsuzluğu aradan qaldırmaq lazımdır. Eyni zamanda artıq reallıqlar tələb edir ki, bu mübarizə uzadılmadan, qurbanlar verilmədən aparılmalıdır”,-deyə ekspert vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3479.html