Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azay Quliyev: “ATƏT və Minsk Qrupu konkret mövqe nümayiş etdirməlidir”
04.05.11 19:34

İyun ayında Serbiyanın paytaxtı Belqrad şəhərində ATƏT Parlament Assambleyasının yay sessiyası keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə yap.org.az saytına Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü, millət vəkili Azay Quliyev məlumat verib. A.Quliyev bildirib ki, deputatlarımız tərəfindən ATƏT-in faktaraşdırıcı missiyasının hesabatına münasibət bildiriləcək. Eləcə də, sessiyada erməni hərbçiləri tərəfindən azyaşlı uşağın qətlə yetirilməsi məsələsi qaldırılacaq. “ATƏT Ermənistanın işğalçılıq siyasəti ilə bağlı ciddi qərarlar qəbul etməlidir. Əks halda, işğalçı dövlət sülhə getmək üçün addımlar atmayacaq. Heç kəsə sirr deyil ki, Ermənistan danışıqlar prosesindən münaqişənin həllini uzatmaq üçün istifadə edir. Amma bu danışıqlar sonsuz ola bilməz. Ona görə də, ATƏT və onun Minsk qrupu konkret mövqe nümayiş etdirməlidir”,-deyə A.Quliyev bildirib.
URL / WWW
http://kelam.az/article/a-3476.html