Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » E.Vəlizadə: “Azəbaycanda informasiya təhlükəsizliyinə milli təhlükəsizliyin tərkib hissəsi kimi baxılır”
04.05.11 19:34

Ölkəmizdə informasiya təhlükəsizliyinə diqqət artırılır və Azəbaycanda bu sahəyə milli təhlükəsizliyin tərkib hissəsi kimi baxılır. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Bakıda “Kiber və milli təhlükəsizlik: NATO siyasəti və milli baxış” mövzusunda keçirilən konfransda rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə söyləyib. “İnformasiya təhlükəsizliyi ilə bağlı qanun, normativ-hüqüqi bazalar mövcuddur. Bütün bunlar ölkəmizdə informasiya təhlükəsizliyinin təmin edilməsi və cinayətkarlara qarşı mübarizə aparmaq üçün hüquqi əsas yaradır”,-deyən E.Vəlizadə əlavə edib ki, ölkəmizdə informasiya təhlükəsizliyinin səviyyəsini yüksəltmək məqsədilə əsas beynəlxalq standartların milli dilə tərcümə edilərək qəbulu həyata keçirilir. Onun sözlərinə görə, son iki ildə 10 standart təsdiq olunub və daha 6 standart isə təsdiq edilmək üçün hazırlanıb. E.Vəlizadə vacib hesab edir ki, formalaşan informasiya cəmiyyətində dövlətin dünyada cərəyan edən proseslərə uyğun, milli təhlükəsizlik konsepsiyası olmalıdır. Nazir müavini dünyada bu məsələlərlə bağlı baş verən proseslərdən də bəhs edib. E.Vəlizadə qeyd edib ki, dünyada qolbal informasiya cəmiyyətinin formalaşması nəticəsində dövlətlərarası siyasi, dini və fərdlərarası ziddiyətlər, münaqişələr virtual məkana keçməkdədir. Müasir texnologiyalardan istifadə edilərək yeni cinayət növlərinin yarandığını diqqətə çatdıran E.Vəlizadə qeyd edib ki, bu da, terrorizm, separatçılıq, ekstremizm, dini qarşıdurma ideologiyasının əhatəsini daha da genişlənməsinə səbəb olur. O, virtual məkanda fərdlərin cəmiyyətin, dövlətlərin müxtəlif kiber təhdidlərdən qorunmasının gündən-günə ciddiləşən məsələyə də çevrildiyini qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-3473.html