Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Abel Məhərrəmov: “Hər kəs elmi adı öz zəhməti, alın təri ilə qazanmalıdır”
05.05.11 02:34

“Azərbaycanda elmə marağın artması müsbət haldır. Elmi ad almaq və elmi fəaliyyətlə məşğul olmaq istəyənlərin sayı xeyli çoxalıb. Son vaxtlar Azərbaycanda elmin inkişafı istiqamətində ciddi addımların atılması gənclərin elmə olan marağını daha da gücləndirəcək”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov deyib. A.Məhərrəmov qeyd edib ki, elmdə plagiatlıq olsa da, onun qarşısı alınır. Yəni bu istiqamətdə dövlət mexanizmi yaxşı işləyir. Belə halların həmişə olduğunu deyən akademik buna qarşı daim mübarizə aparıldığını söyləyib. “Mən əminəm ki, son zamanlar həyata keçirilən tədbirlər bu sahədə xeyli yenilikləri ortaya çıxaracaq. Hər kəs elmi adı öz zəhməti, alın təri ilə qazanmalıdır”,-deyə A.Məhərrəmov vurğulayıb. Akademik son günlər Azərbaycan Prezidenti tərəfindən elm sahəsi ilə bağlı imzalanmış sərəncamların əhəmiyyətini vurğulayıb. O bildirib ki, hər bir xalqın, dövlətin gələcəyi elm və təhsillə bağlıdır.
URL / WWW
http://kelam.az/article/a-3472.html