Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Zakir Qaralov Özbəkistanın baş prokuroru ilə görüşüb
05.05.11 02:34

Özbəkistanın baş prokuroru Rəşitjan Kodirovun rəhbərlik etdiyi nümayəndə heyəti baş prokuror Zakir Qaralovla görüşüb. Baş Prokurorluqdan “KƏLAMİNFO”ya verilən məlumata görə, Z.Qaralov 2010-cu ilin sentyabr ayında "Özbəkistan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Baş Prokurorluğu arasında əməkdaşlıq və hüquqi yardım haqqında Saziş"in imzalanmasının ölkələrimizin prokurorluq orqanları arasında münasibətlərin məzmunca yeni müstəviyə qaldırılmasında mühüm rol oynadığı diqqətə çatdırıb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Özbəkistanın həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi, 2008-ci ildə BMT Baş Məclisində Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətə dair məsələ ilə bağlı səsvermə zamanı Özbəkistanın obyektiv və birmənalı mövqeyinin əhəmiyyəti vurğulanıb.Z.Qaralov son illər Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin müasir dövrdə qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verib. R.Kodirov hüquqi sahədə əməkdaşlığın geniş perspektivlərə malik olduğunu vurğulayıb. O, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin sürətlə inkişaf etdiyini, xüsusilə iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın genişlənməsinin qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirib.
URL / WWW
http://kelam.az/article/a-3470.html