Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » ABŞ Pakistan hökumətini məlumatlandırmayıb
03.05.11 20:15

Birləşmiş Ştatlar «Əl-Qaidə» lideri Üsəma bin Ladenin öldürülməsi üzrə əməliyyatla bağlı Pakistan hökumətini məlumatlandırmayıb. ABŞ təyyarələri yalnız missiyalarını başa çatdırıb Pakistanın hava məkanını tərk edib gedəndən sonra İslamabada əməliyyat barədə məlumat veriblər. «KƏLAMİNFO» “Agence France-Press”ə istinadən yaydığı xəbərdə göstərib ki, bunu ABŞ prezidentinin terrorla mübarizə üzrə müşaviri Con Brennan keçirdiyi mətbuat konfransında bəyan edib. Brennan istisna etmir ki, «bir nömrəli terrorçu»ya Pakistan hökumətinin rəsmi qaydada dəstəyi olub. O, bununla bağlı təhqiqat apardıqlarını da deyib. «Belə olmasaydı, o, uzun müddət burada qala bilməzdi» - deyə Brennan əlavə edib. ABŞ prezidentinin müşaviri onu da deyib ki, Laden qorunmaq üçün arvadlarından birindən canlı qalxan kimi istifadə edib.
URL / WWW
http://kelam.az/article/a-3462.html